Albaniya Kubokunda 1/8 final: Yığmamızın futbolçusu qol vurdu
Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Kastrioti"ni qəbul edib.
Meydan sahiblərinin 4:0 hesabı ilə qələbə qazandığı matçda ilk qolu 17-ci dəqiqədə yığmamızın futbolçusu vurub.