Azərbaycan yığmasının üzvü Qazaxıstan klubunun məşqçisi oldu
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli formasını geyindiyi “Astana”da məşqçilər korpusuna cəlb edilib.
Mediasport.az xəbər verir ki, qolkiper Qazaxıstan klubunda qapıçılar üzrə məşqçi təyin olunub.
O, “Astana”da qapıçı kimi çıxışını davam etdirəcək.
Xatırladaq ki, ötən mövsümü "Atırau"da keçirmiş 33 yaşlı əlcək sahibi paytaxt klubunda bu ilin iyulundan çıxış edir.