Azərbaycan liqalarında yay "transfer pəncərəsi" bu gün açıldı

Azərbaycan liqalarında yay "transfer pəncərəsi" bu gün açıldı

Azərbaycan futzal liqalarında yay "transfer pəncərəsi" bu gün açılıb.

Federasiyadan "MediaSport"a verilən məlumata görə, komandalar oyunçuları sentyabrın 19-da saat 23:59-dək qeydiyyatdan keçirə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqası sentyabrın 25-də, Birinci Liqası isə oktyabrın 1-də start götürəcək.