3-qat paralimpiya çempionumuz Berlində dünya rekorduna imza atdı
Para-üzgüçülük üzrə milli komandamızın üzvü Roman Saley Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Seriyası yarışında dünya rekorduna imza atıb.
mediasport.az xəbər verir ki, 3 qat paralimpiya çempionu turnirin təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək dünya rekordunun müəllifi olub.
Təmsilçimiz bu uğurla yarışın final mərhələsinə vəsiqə qazanıb. O, eyni zamanda 100 metr məsafəyə batterflay, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə finala çıxıb.