Bakıda olimpiadaya lisenziya turnirində 297 idmançı yarışacaq
Aprelin 5-dən 7-dək Bakı - Milli Gimnastika Arenasında keçirilməsi planlaşdırılan güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançısı mübarizə aparacaq.
Mediasport.az xəbər verir ki, iştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir.
117 idmançı yarışın birinci günündə güləşin klassik növündə yarışacaq.
Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək.
Son yarış günündə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq.
Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.