Azərbaycanlı futbolçu Tailand klubu ilə müqavilə bağlayıb
Tailandın 3-cü Liqa təmsilçisi "Uttaradit"dən ayrılan azərbaycanlı futbolçu Məmməd Quliyev özünə yeni klub tapıb.
Mediasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu ölkənin başqa bir klubu "Saraburi Yunayted"ə keçib.
Qeyd edək ki, Quliyev "Rəvan”, “Keşlə” (indiki "Şamaxı"), “Şüvəlan”, “Kamphenqfet”, “Kasem Bundit”, “Tonburi Yunayted” (hamısı Taland) komandalarında çıxış edib.