Özbəkistan idmançıları Bakıda bütün rəqiblərini qabaqlayıblar
Özbəkistan paracüdoçuları 22-24 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilmiş Qran-pri yarışını medal əyarına görə lider başa vurublar.
Mediasport.az xəbər verir ki, Asiya ölkəsi Bakıda 6 qızıl medal qazanıb.
Komanda hesabinda birinci olan Özbəkistan yığmasını 3 qızıl medalla Çin idmançıları təqib edirblər. Braziliya və Türkiyə paracüdoçuları hərəyə 2 dəfə çempionluq yaşayıblar.
Qeyd edək ki, Azərbaycan yarışı ümumilikdə iki medalla başa vurub. Xanım Hüseynova (70 kq) ikinci yeri tutub, Şahanə Hacıyeva (48 kq) üçüncü olub.