Rüstəm Orucovu Portuqaliyaya dəvət edilər - Dərs keçəcək

Rüstəm Orucovu Portuqaliyaya dəvət edilər - Dərs keçəcək

Veteran cüdoçu Rüstəm Orucov Portuqaliyada ustad dərsi keçəcək.

Mediasport.az xəbər verir ki, idmançı karyerasını ötən il başa vurduqdan sonra Avropa Cüdo İttifaqında idman komissarı seçilən mütəxəssis avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışına dəvət alıb.

Orucov seminarda gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək və bu müddət ərzində üç fərqli idman kompleksində məşq keçəcək.