"Neftçi"də "təmizləmə əməliyyatı" başlandı, 1 futbolçu getdi - RƏSMİ

"Neftçi"də "təmizləmə əməliyyatı" başlandı, 1 futbolçu getdi - RƏSMİ

"Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviç heyətdə "təmizləmə əməliyyatı"na start verib.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" ümidləri doğrultmayan Aaron Olanare ilə vidalaşıblar.

Yayda transfer edilən forvardla əməkdaşlıq qarşılıqlı razılıq əsasında dayandırılıb.

Nigeriyalı hücumçu ilə 1 illik müqavilə bağlanmışdı. Olanare Bakı klubunda 15 oyuna 3 qol vurub.