Quluzadə Lüksemburqdakı yarış üçün beynəlxalq toplanışa qatılıb

  Quluzadə Lüksemburqdakı yarış üçün beynəlxalq toplanışa qatılıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə "China Table Tennis College Europe" qurumunun Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edib.

Mediasport.az xəbər verir ki, o, toplanışda millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edib.

Toplanışa dünya səviyyəli çinli məşqçilər - 4 qat olimpiya çempionu Zhanq Yinqyinqlə digər olimpiya çempionu Yanq Sen rəhbərlik edirlər. Hazırlıq prosesi aprelin 15-də başa çatacaq.

Onur Quluzadə aprelin 17-20-də Lüksemburqda keçiriləcək "WTT Youth Contender" turnirində mübarizə aparacaq.