Bakı metropoliteni gecə saat 01:00-a qədər fəaliyyət göstərəcək

Bakı metropoliteni gecə saat 01:00-a qədər fəaliyyət göstərəcək

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İsveçin “Hekken” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Mediasport.az xəbər verir ki, klubun müraciəti və bu oyuna Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda matçı canlı izləyəcək azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib.

Belə ki, Bakı metropoliteni dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.