Gimnastlarımız Çexiyada beynəlxalq turnirinə yollanıblar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Çexiyanın Yablones nad Nisou şəhərində keçiriləcək “Friendship-2023” beynəlxalq turnirində iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev hazırda sözügedən ölkədədirlər.
Bu gün start götürəcək yarış oktyabrın 14-də başa çatacaq.