"Bakıya qələbə qazanmaq üçün gəlmişik" - Ayaks"ın müdafiəçisi

 "Bakıya qələbə qazanmaq üçün gəlmişik" - Ayaks"ın müdafiəçisi

"Qarabağ"ın oyunlarına baxmışıq. “Qarabağ”ı ciddi təhlil etmişik. Onlar güclü komandadır. Təhlükəli rəqibdir. "Qarabağ"ın Avropada böyük təcrübəsi var.

Mediasport.az xəbər verir ki, bu sözləri "Ayaks"ın futbolçusu Daniele Ruqani deyib.

İtalyan müdafiəçi UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun sabah "Qarabağ"la keçiriləcək matçından öncə mətbuat konfransında iştirak edib.

O, Azərbaycan çempionunun güclü rəqib olduğunu qeyd edib:

"Bakıya qələbə üçün gəlmişik. Çətin olacaq, bilirik ki, rəqibimiz güclü komandadır. Ümid edirəm ki, yaxşı nəticə qazana biləcəyik. Komandama kömək etmək üçün buradayam".