Barış Şimşək Gəncədə "Kəpəz" futbolçularına nəyi izah etdi?
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Gəncədə olub.
Mediasport.az xəbər verir ki, Türkiyəli mütəxəssis akademiyada əsas komandamızın məşqçi və futbolçu heyəti ilə görüşüb.
Komitə rəhbəri oyun qaydaları ilə bağlı seminar keçib.
Hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verib.
Müxtəlif matçlardan seçilmiş ayrı-ayrı epizodlar müzakirə edilib.
Penalti vəziyyətlərdən və qayda pozuntularına görə göstərilən vərəqələrdən bəhs olunub.
Sonra seminar sual-cavab formasında davam edib.