Baş hakimə yumruq vuran sabiq klub prezidenti ilə bağlı QƏRAR
Türkiyə 1-ci Liqa təmsilçisi "Ankaragücü"nün sabiq prezidenti Faruk Koca həbs edilib.
Mediasport.az xəbər verir ki, buna səbəb onun ötən mövsüm Superliqanın 15-ci turunun "Ankaragücü" - "Rizespor" oyununda (1:1) baş hakim Halil Umut Melerə hücum etməsi və yumruqla vurması olub.
Koca 3 il 7 ay 22 gün azadlıqdan məhrum edilib.
Xatırladaq ki, millimizin üzvləri Renat Dadaşov və Həsən Nəzərov paytaxt təmsilçisində çıxış edirlər.