Bayramlarınız mübarək!
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramıdır.
31 dekab tarixinin dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında təsdiqlənib.
Bu axşam təqvim dəyişəcək - Yeni 2024-cü ilə qədəm qoyacağıq. Qarşıdan gələn il Yaşıl Əjdaha üzərində təhvil olur.
Əjdahaya əzəmət və gücdən savayı, emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır. Şərq təqviminə əsasən, özündə Yerlə göyün ruhunu cəmləyən ilahi varlıq olan Əjdahanın üzərində təhvil olan il 12 illik tsikldə ən firavan və uğurlu illərdən biri hesab edilir.
Yaşıl Əjdaha, digər Əjdaha illəri arasında ən sakit və təmkinlisidir.
Bayramlarınız mübarək!