"Sabah" yeni müqavilə bağladı

"Sabah" yeni müqavilə bağladı

"Sabah" və "Bakupan" şirkəti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalanıb.

MediaSport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən, şirkət qarşıdakı 1 il ərzində hazırda yenidənqurma işləri həyata keçirilən “Bank Respublika Arena”da “fan shop” və müxtəlif əmtəə satış məntəqələrinin qurulmasını təmin edəcək.

Müqaviləni “Sabah”ın icraçı direktoru Ramin Həsənov və “Bakupan”ın direktoru Şahruz Həsənzadə imzalayıblar.

“Bakupan” 10 ildən çoxdur ki, sendviç panellərin istehsalı, dam örtükləri, prefabrik tikililər, konteynerlər, asma tavanlar və izolyasiya sistemlərinin satışı ilə məşğuldur.