Boksçularımız Olimpiya Təsnifat Turnirinə Sofiyada hazırlaşacaq

Boksçularımız Olimpiya Təsnifat Turnirinə Sofiyada hazırlaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Mediasport.az xəbər verir ki, 10 gün davam edəcək hazırlıq Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) qatılıblar.

Toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq məqsədi daşıyır.