Bölgə klubunun braziliyalı futbolçusuna 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda 1-ci Liqada çıxış edən "İmişli" klubunun futbolçusu Gilyerme Silva barəsində 5 oyunluq cəza qərarı çıxarılıb.
Braziliyalı müdafiəçi 26-cı turun "Araz Saatlı" ilə oyununda xoşagəlməz hərəkət edib.
"Sambaçı" təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurmağa cəhd edib. İK Silvanı buna görə 4 oyunluq cəzalandırıb.
Aprelin 17-də verilən 3 aylıq sınaq müddəti başa çatmadan növbəti dəfə qırmızı vərəqə alan braziliyalının 1 matçlıq şərti cəzası də yeni cəzanın üzərinə əlavə edilib.
İmişli təmsilçisi legionerə görə 300 manat cərimə ödəyəcək.