Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
Fudokan (ənənəvi karate üslubu) üzrə Azərbaycan millisi Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, uşaqların yarışında Yusif Mustafazadə, Mövlan Məmmədli və Mənsumə Məmmədli qüvvəsini sınayacaq.
Yeniyetmələrdə Leyla Mahmudlu, Rəşidə Qafarlı, gənclər arasında İsmayıl İbrahimli, Mehti Abdullayev, Şəhriyar Behbudzadə, Tahir Ələkbərov, böyüklərin mübarizəsində isə Vahid Həsənov və Kamran Heydərzadə medal qazanmağa çalışacaqlar.
Avropa çempionatı mayın 17-19-da keçiriləcək.