"Bu gün hər iki komanda xarakter göstərdi" - Kurban Berdıyev
"Gərgin oyun oldu. Hava şəraiti və külək hər iki komandaya mane olurdu".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Türkmənistanlı mütəxəxssis Azərbaycan Premyer Liqasının 17-ci turunun "Zirə" ilə səfər matçı barədə danışıb.
O, 0:0 hesabı ilə başa çatan görüşü belə şərh edib:
"Hər iki komanda xarakter göstərdi. Oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə nəticəni qanunauyğun hesab etmək olar".