Mahir "Konyaspor"da hazırlıqlara başladı, baş məşqçi ona nə dedi?

Mahir "Konyaspor"da hazırlıqlara başladı, baş məşqçi ona nə dedi?

Türkiyə təmsilçisi "Konyaspor"a transfer edilən Mahir Emreli Superliqa klubunda ilk məşqinə çıxıb.

mediasport.az xəbər verir ki, qardaş ölkədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələyə görə verilən fasilədən sonra ilk məşq dünən baş tutub.

Komandanın baş məşqçisi Aleksandr Stanoyeviç yeni transferlər - Mahir Emreli və Marlos Morenonu yoldaşlarına təqdim edib. Serbiyalı mütəxəsis təkbətək görüş zamanı millimizin forvarında ümidlərinin böyük olduğunu deyib.

Müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus 26 yaşlı hücumçu Türkiyədə mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.