"Qəbələ"dən növbəti transfer

  "Qəbələ"dən növbəti transfer

"Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Mediasport.az xəbər verir ki, müdafiəçi Salman Ələsgərov "qırmızı-qaralar"ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Yerli futbol akademiyasının yetirməsi olan S.Ələsgərov 2021-2023-cü illərdə "Qəbələ-2"də çıxış edib. O, ötən mövsümdə "Şamaxı"nın uğurları üçün çalışıb. Karyerası ərzində "Səbail-2" və "Zaqatala"da da oynayıb. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

"Qəbələ" buna qədər qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu transfer edib.