"Araz-Naxçıvan"ın PROBLEMİ
"Rəqibi təbrik edirəm. Bugünkü oyun göstərdi ki, böyük ölçüdə dəyişikliklər etmədikdə həm kubok, həm də çempionat matçında mübarizə aparmaq çətin olur".
Mediasport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 21-ci turunun "Kəpəz" - "Araz-Naxçıvan" oyunu haqda danışıb, 1:3 hesablı məğlubiyyəti şərh edib:
"4 gün əvvəl oynadıq, ardınca bu gün meydana cıxdıq. Belədə uşaqlar həm performansını, həm də oyunlarını itirirlər. Ümumilikdə oyunla bağlı çox şey danışmaq istəmirəm. İki standart vəziyyətdən qol buraxdıq, özümüz isə epizodlarımızı qola çevirə bilmədik. Heyfslənirik ki, bu qədər qol epizodu yaradırıq, amma reallaşdıra bilmirik. Əsas problem budur. İlk 20 dəqiqə istisna olmaqla, yorğunluq nəticəsində mövsümdə ən zəif oyunumuzu keçirdik".
Qeyd edək ki, Naxçıvan təmsilçisi Premyer Liqada soonuncu dəfə 2023-cü il dekabrın 15-də "Sabah" üzərində qələbə qazanıb (2:0). Komanda liqada ardıcıl 5 oyundur qalib gələ bilmir.