Eldar Quliyev Polşada stardaca ən azı bürünc medalı təmin etdi
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
mediasport.az xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.
Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.