"Sabah"ın kapitanı Camalov milli komandanın heyətindən çıxarıldı

"Sabah"ın kapitanı Camalov milli komandanın heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Mediasport.az xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov "Sabah"ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. 

Onun əvəzinə "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində 11 oktyabrda Tallində Estoniya yığması, 14 oktyabrda Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.