"Məğlubiyyətlə birlikdə liderliyi əldən verdik" - Murat Dikmen

  "Məğlubiyyətlə birlikdə liderliyi əldən verdik" -  Murat Dikmen

"Xəzri"nin çalışdırıcısı Murat Dikmen Azərbaycan Basketbol Liqasının 16-cı turunun "Sumqayıt"la matçından sonra (77:84) açıqlama verib.

Mediasport.az xəbər verir ki, o, zədədən yeni qayıdan futbolçuların az məşq etdiklərini deyib:

"Heç vaxt bəhanələrə sığınmadım. Amil Həmzəyev, Ceremi Maklaflin və Yusuf Məhəmməd zədəli olduqları üçün yalnız 1 gün məşq edə biliblər. Təxminən iki həftədir əksər oyunçularımız zədədən əziyyət çəkirdilər. Ona görə də son həftələrdə yaxşı məşq edə bilməmişik. Yekunda bu gün hər kəs əlindən gələni etməyə çalışdı, lakin bu, qələbə üçün yetərli olmadı".

Mütəxəssis yarışla bağlı hədəflərini də açıqlayıb:

"Mövsümdə ən pis matçımızı keçirdik. Bundan sonra ümid edirəm ki, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşaraq işimizə daha da köklənərik. Bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik. Çempionatı ilk iki sırada bitirməyi hədəfləyirik".