Çempionlar Liqası: Mahir Emrelinin komandası cavab oyununa çıxır

Çempionlar Liqası: Mahir Emrelinin komandası cavab oyununa çıxır

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin son oyunu keçiriləcək.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" cavab görüşü çərçivəsində səfərdə AEK-in qonağı olacaq.

Afinada baş tutacaq matç Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Xorvatiyada keçirilən ilk oyun yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. Cavab oyunu


22:45 AEK (Yunanıstan) - "Dinamo" (Xorvatiya) ilk matç - 2:1

Baş hakim: Espen Eskas (Norveç)

Yunanıstan, Afina, "OPAP Arena"