Çempionlar Liqası: "Real"la oyun öncəsi "Mançester Siti"də 2 itki

  Çempionlar Liqası: "Real"la oyun öncəsi "Mançester Siti"də 2 itki

İngiltərə klubu "Mançester Siti" Çempionlar Liqasının 1/4 finalında "Real"la qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, "şəhərlilər" həmin görüşə 2 itki ilə çıxacaq.

Müdafiəçilər Kayl Uolker və Natan Ake zədədən əziyyət çəkdikləri üçün adları komandanın iştirak ərizəsinə daxil edilməyib.

"Real" - "Mançester Siti" oyunu bu gün saat 23:00-da start götürəcək və "CBC Sport" kanalında canlı yayımlanacaq.

"Mançester Siti"nin "Real"la görüş üçün iştirak ərizəsi:

Qapıçılar: Ederson Moraeş, Ştefan Orteqa, Skott Karson

Müdafiəçilər: Ruben Dias, Con Stounz, Serxio Gomes, Yoşko Qvardiol, Manuel Akanji, Riko Luis

Yarımmüdafiəçilər: Mateo Kovaçiç, Cek Qriliş, Ceremi Doku, Kevin de Bruyne, Bernardo Silva, Fil Foden, Mateus Nunyes, Oskar Bobb, Mamadu Susoho

Hücumçular: Erlinq Haland, Xulian Alvares