Çempionlar Liqasında həftənin ən yaxşısı olmağa namizədlər açıqlandı
Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 oyununun ilk görüşlərinin ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
mediasport.az xəbər verir ki, İrvinq Lozano ("Napoli"), Vinisius Junior ("Real"), Hakan Çalhanoğlu ("İnter") və Riyad Mahrez ("Mançester Siti") bu ada namizəddir.
Mükafatın sahibi UEFA-nın saytında azarkeşlər tərəfindən veriləcək səsvermə nəticəsində müəyyənləşəcək.