Reytinq yarışında ölkəmizi təmsil edəcək güləşçilər məlumdur - SİYAHI
Sərbəst və qadın güləşi üzrə milli komandalarımız Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turnirində iştirak edəcəklər.
mediasport.az xəbər verir ki, iyunun 1-də start götürəcək yarışda ölkəmizi qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) təmsil edəcəklər.
Sərbəst güləş yarışlarında isə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev (hər üçü 74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaqlar.
Turnirdə 29 ölkədən 400-dən artıq güləşçi medallar uğrunda yarışacaq.