Əliyeva 1-ci mərhələdən, Ruzanna Məmmədova 1/8 finaldan başlayır
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın 4-cü günündə Jalə Əliyeva (57 kq) yarışa ilk mərhələdən başlayacaq.
Təmsilçimizin ilk rəqibi ukraynalı Alina Filipoviç olacaq.
Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbekle üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) 2-ci, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) 3-cü olub.