3 güləşçimiz ümidləri doğrultmadı, yalnız Beka Kandelaki yarımfinalda
Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
Mediasport.az xəbər verir ki, yarış yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlanıb.
Azərbaycanın 4 pəhləvanı tatami üzərinə çıxsa da, onlardan 3-ü mübarizəni vaxtından əvvəl başa vuraraq bu turnir vasitəsilə Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Müvafiq olaraq, Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) ümidləri doğrultmayıb.
Yalnız 130 kq çəkidə yarışan Beka Kandelaki yarımfinala yüksəlib. Təmsilçimiz finala çıxsa, "Paris-2024"ə vəsiqə əldə edəcək.
Beka final yolunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.
Qeyd edək ki, yarışda hər çəkidə finala yüksələcək iki güləşçi olimpiadaya yollanmaq imkanı qazanacaq.