Cüdoçularımız ilk dəfə dünya Kata çempionatında iştirak edəcəklər

Cüdoçularımız ilk dəfə dünya Kata çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirini iki medalla başa vurublar.

Mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mükafat qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə ediblər.

Azərbaycan cüdoçuları Əbu-Dabidə ilk dəfə dünya Kata çempionatında da iştirak edəcəklər.

35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız çempionatda 28 oktyabrda böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.


"Nage-no-Kata"

Malik Alahverdiyev - tori (hücum edən idmançı) 

Samir İsmayılov - uke (hücum edilən idmançı) 

İsmayıl Rzayev - tori 

İbrahim Aslanov - uke


"Katame-no-Kata"

Rafiq Nəcəfov - tori 

Əmrah Əhmədov – uke