Mundialda bütün 1/8 finalçı komandalar müəyyənləşdi - DÇ-2023

Mundialda bütün 1/8 finalçı komandalar müəyyənləşdi - DÇ-2023

Avstraliya və Yeni Zelandiyanın birgə ev sahibliyi ilə keçirilən qadınlar arasında futbol üzrə dünya çempionatının bütün 1/4 finalçıları müəyyənləşib. 

mediasport.az xəbər verir ki, yarımfinala gedən yolda ilk olaraq İspaniya və Niderland yığmaları qarşılaşacaqlar.

Avqustun 11-də 1/4 finalın daha bir görüşü Yaponiya və İsveç futbolçuları arasında olacaq.

Qalan 2 matç avqustun 12-də keçiriləcək. Avstraliya Fransa ilə üz-üzə gələcək, İngiltərə Kolumbiyanı sınağa çəkəcək.

Qeyd edək ki, iyulun 20-də start götürən DÇ-2023 avqustun 20-nə qədər davam edəcək.

Mundialın son qalibi ABŞ millisidir.