Messidən rekordlar

Messidən rekordlar

Dünya Kubokunun yarımfinal mərhələsinin Xorvatiya ilə oyunu (3:0) Argentina millisinin lideri Lionel Messi üçün əlamətdar olub.

mediasport.az xəbər verir ki, 35 yaşlı ulduz mundiallarda ən çox oyun keçirmiş Almaniya yığmasının keçmiş futbolçusu Lotar Matteusa çatıb.

Messi DÇ-lərdə 25-ci oyununu keçirməklə almaniyalı şərik olub, həmçinin bu oyunda qol vurmaqla millisinin turnirdə ən sərrast futbolçusuna çevrilib. O, aktivində 10 qol olan Qabriel Batistutanı geridə qoyub.

PSJ-nin üzvü növbəti rekorda isə bir mundialda 3 oyunda həm qol, həm də məhsuldar ötürmə etməklə imz atıb.