Azərbaycan çempionu Almaniya klubuna ÇL-də dərs keçdi
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib.
mediasport.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi “Yan Regensburq”u 5:0 hesabı ilə üstələyib.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcəklər.
UEFA Çempionlar Liqası. İlkin seçmə mərhələ. A qrupu, II tur
"Yan Regensburq” (Almaniya) - “Araz-Naxçıvan” (Azərbaycan) 0:5
Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası.