Təxirə salınmış oyunda "Xarıbülbül" "Neftçi"ni quru hesabla məğlub etdi

Təxirə salınmış oyunda "Xarıbülbül" "Neftçi"ni quru hesabla məğlub etdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarıbülbül” komandasının qələbəsi ilə başa çatıb.

Şuşa təmsilçisi 3:0 (25:21, 25:23, 25:20) hesablı qələbəyə sevinib.

Turun və birinci dövrənin son matçından sonra “Murov” doqquz xalla turnir cədvəlinə liderlik edir. “Xarıbülbül” 6 xalla ikinci, hesabında üç xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.