Yeni baş katib açıqlandı

Yeni baş katib açıqlandı

Azərbaycan Deflimpiya Komitəsinin (ADK) yeni baş katibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bununla bağlı ADK-nın mətbuat xidməti məlumat yayıb. Baş katib vəzifəsinə Namiq Novruzov təyin olunub.

Buna qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərən Novruzov Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında nazirliyin nümayəndəsi olub. Həmçinin, Bakı-2015 Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.