Elmar Baxşıyev komandanın 6 futbolçusu ilə bağlı qərar verdi

 Elmar Baxşıyev  komandanın 6 futbolçusu ilə bağlı qərar verdi

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə bağlı qərar verib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevin komandada qalmasını istəyib.

6 futbolçu ilə 2024/2025-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, daha bir neçə futbolçu ilə danışıqlar aparan “Araz-Naxçıvan” buna qədər Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu transfer edib.