Dövlət qurumları arasında keçirilən minifutbol turnirinə yekun vurulub
Mediasport.az xəbər verir ki, final qarşılaşmasında Ədliyyə Nazirliyinin komandası Fövqəladə Hallar Nazirliyinin kollektivinə 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Daxili İşlər Nazirliyinin komandası isə bürünc medal uğrunda oyunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən güclü olub - 5:0.
Görüşləri gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər izləyiblər.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparıblar.