Dünya çempionatı: Tatamiyə çıxan beş güləşçidən dördü məğlub oldu
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycan millisinin 5 idmançısının ikisi təsnifat, üçü 1/8 finaldan güləşməyə başlayıb.
U-23 dünya çempionatı. Yunan-Roma güləşi
22 oktyabr
1/8 final mərhələsi
Rəşad Məmmədov amerikalı Villiam Sullivan (12:4) və kolimbiyalı Xristafor Aquiları (9:0) məğlub etdi və yarımfinala yüksəldi. Rəşad finala çıxmaq üçün yaponiyalı Kohey Yamaqiva ilə güləşəcək. Ziya Babaşov poşalı Mairbek Salimova 1/8 finalda 0:8 hesabı ilə uduzdu. Sərxan Məmmədov 1/8 finalda Pavel Qlinçuka (AİN) 4:5 hesabı ilə uduzdu və çempionatla vidalaşdı.
Təsnifat mərhələsi
Xasay Həsənli ermənistanlı Matrik Petrosyana xalların keyfiyyətinə görə (2:2) qalib gəldi. 1/8 finalda almaniyalı Samuel Bellşeidtə 0:5 hesabı ilə uduzdu. Cocu Səmədov təsnifat mərhələsində polşalı Adam Qardziolaya 1:4 hesabı ilə məğlub oldu.