Azərbaycan güləşçiləri Rusiya turnirində üç medal qazandılar
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.
Mediasport.az xəbər verir ki, Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazansalar da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyiblər.
Qurban Qurbanov (82 kq) isə bürünc medal əldə edib.
Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib.
Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.