"Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün xoşbəxtəm"
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıma inanırdım”.
Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.
60 kq çəkidə yarışan idmançımız əvvəldən bu cür nəticəni əldə edəcəyinə inandığı vurğulayıb:
“Çox rahatam idim. Heç bir həyəcanım yox idi. Yarımfinalda geriyə düşsəm də, özünəinam sayəsində hər şeyi dəyişdim. Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün çox xoşbəxtəm. Fransadakı hədəfim qızıl medaldır”.
Qeyd edək ki, lisenziya yarışında Məmmədovla yanaşı, Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) də ümidləri doğruldub.