Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşdi

 Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşdi

Gələn il kişilər və qadınlar arasında boks üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Beynəlxalq Boks Assosiasiyası (İBA) kişilərin mundialını Qazaxıstana həvalə edib.

Yarış Astana şəhərində təşkil olunacaq.

Qadınlar arasında DÇ isə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Xatırladaq ki, qadınlar arasında dünya birinciliyi bu ilin sentyabrında məhz Astanada baş tutmalı idi, lakin İBA mundialı bir il ertələmək qərarına gəlmişdi.