"Gözləntilərimiz ən yüksək səviyyədədir" - Azərbaycan boksçusu
"Bütün komanda yoldaşlarımdan medallar gözləyirəm".
MediaSport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan boksçusu Ümid Rüstəmov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı danışarkən deyib.
57 kq çəki dərəcəsində çıxış edən idmançı turnirə yaxşı səviyyədə hazırlaşdıqlarını bildirib: "Hər gün iki dəfə məşq etmişik. Artıq iyulun 23-də boks yarışları start götürəcək. Hələlik rəqiblərimiz bəlli deyil. Gözləntilərimiz ən yüksək səviyyədədir. Mənim çıxış etdiyim çəkidə İrlandiya və Fransa təmsilçiləri güclü rəqiblər hesab olunurlar. Onlara da qalib gələcəyimə inanıram".
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.