Yığmamızın üzvü Rumıniyadakı birinciliyin 1/4 finalına çıxdı - AÇ-2023
Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ploeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında növbəti qələbəsini qazanaraq 1/4 finala çıxıb.
MediaSport.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən idmançımız ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.
Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn S.Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Məktəblilər arasında Avropa çempionumuz yarımfinala gedən yolda ingiltərəli Riza Safari ilə qarşılaşacaq. Döyüş iyulun 26-da keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyində 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçu mübarizə aparır.