Azərbaycanı Dünya çempionatında onlar təmsil edəcəklər - SİYAHI

Azərbaycanı Dünya çempionatında onlar təmsil edəcəklər - SİYAHI

7-14 may tarixlərində Qətərdə keçiriləcək Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, mundialda yığmamız 9 çəki dərəsində 9 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Azərbaycan idmançılarına performans direktoru Mark van der Ham, kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 mayda, komanda yarışları isə mayın 14-də Dohada yerləşən “Əli Bin Həmad əl-Attiyə Arena”da keçiriləcək.

Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq).

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq).