Dünyanın ən bahalı 10 qapıçısı müəyyənləşib - YENİ SİYAHI

Dünyanın ən bahalı 10 qapıçısı müəyyənləşib -  YENİ SİYAHI

Məşhur “Transfermarkt” portalı dünyanın ən bahalı 10 qapıçısının yeni siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, sıralamada ciddi rəqabət qeydə alınıb.

Belə ki, 2 qolkiper 45 milyon avro ilə 1-2-ci yerləri bölüşür. 2-ci yer uğrunda 4 "əlcək sahibi" qeyd olunub. 3-cü pilləyə də 4 qapıçı şərikdir.


Dünyanın ən bahalı 10 qapıçısı

1-2. Dioqu Koşta ("Portu", 45 milyon avro)

1-2. Mik Menyan (Milan, 45 milyon avro)

3-6. Canluici Donnarumma (PSJ, 40 milyon avro)

3-6. Qreqor Kobel ("Borussiya", Dortmund, 40 milyon avro)

3-6. Andre Onana ("Mançester Yunayted", 40 milyon avro)

3-6. Ederson Moraeş ("Mançester Siti", 40 milyon avro)

7-10. David Rayya ("Arsenal", 35 milyon avro)

7-10. Yan Oblak ("Atletiko" Madrid, 35 milyon avro)

7-10. Mark-Andre ter Ştegen (Barselona, ​​35 milyon avro)

7-10. Tibo Kurtua ("Real" Madrid, 35 milyon avro)