Roman Qriqorçukla çalışan məşqçi Antalyadan ABŞ-yə qaçıb

Roman Qriqorçukla çalışan məşqçi Antalyadan ABŞ-yə qaçıb

Ukraynanın "Çernomores" klubunun fiziki hazırlıq üzrə məşqçisi İqor Kasyanenko komandanın Türkiyədəki toplanışından sonra ölkəyə geri dönməyib.

Mediasport.az xəbər verir ki, 36 yaşlı mütəxəssisə Antalyada Kişinyova uçmalı olan təyyarəyə bilet alınsa da, məşqçi "yoxa çıxıb".

Onun ailəsi ilə birlikdə yaxın gələcəkdə yaşamağı planlaşdırdığı Mayamiyə (ABŞ) getdiyi ehtimal edilir.

Odessa klubunun rəsmiləri açıqlama verərək Kasynanekonu lisenziyasından məhrum etmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, "Çernomores"in baş məşqçisi "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukdur.